“Hər birimiz hüquqlarımızı uşaqlıqdan öyrənməliyik”

Quba rayon Küpçal kənd M.Paşayev adına tam orta məktəbində  10 dekabr Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar məktəbin coğrafiya müəllimi Vüsalə Şıxbabayevanın təşkilatçılığı ilə tədbir keçirilib.

 

Tədbirdə V sinif şagirdlərinin iştirakı ilə “Hər birimiz hüquqlarımızı uşaqlıqdan öyrənməliyik” mövzusunda maarifləndirici söhbətlər aparılıb, videoroliklər izlənilib. Çıxışlarda şagirdlərin öz hüquqlarını bilməsi və həyatda tətbiq etmələrinin vacibliyi vurğulanıb.

 

Sonra məktəblilərin hazırladığı səhnəciklərə baxılıb. Şagirdlər müxtəlif şüarlar səsləndirməklə insan hüquqlarının cəmiyyətin inkişafı baxımından əhəmiyyətinə diqqət çəkiblər.

 

Məktəbin coğrafiya müəllimi Vüsalə Şıxbabayeva bildirib ki, hər bir şagirdin hüquqlarını öyrənməsində müəllimlərin, kitabların, valideynlərin, ümumilikdə əhatə dairəsinin rolu böyükdür:“Bütün uşaqların hüquqlarından biri də təhsil almaq hüququdur. Dövlət bunun üçün hər çür imkanlar yaradır, şagirdləri pulsuz dərsliklərlə təmin edir”.

 

Tədbirin sonunda məktəbin təlim-tərbiyə üzrə direktor müavini Afət Fətullayeva Uşaq Hüquqları haqqında məlumat verib, uşaqların müdafiəsi, onların azad düşüncələrinin formalaşmasında müəllimlərinin məsuliyyətlə çalışmasının rolunu qeyd edib.

 

Daha sonra Uşaq Birliyi Təşkilatının rəhbəri Ülviyyə Şahvalova da çıxış edərək  tədbirin təşkilinə  görə müəllim və şagirdlərə təşəkkürünü bildirib.

 

Tünzalə QULİYEVA

 



11.12.2022 | 12:52