UNEC-də ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

 

Tədbirdən öncə UNEC kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.

 

Tədbirin açılışında ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

UNEC-in prorektoru dosent Şaiq Əsgərov xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkənin dövlətçilik tarixində müstəsna xidmətlərindən söz açaraq, dünya şöhrətli siyasi xadimin hələ sağlığında canlı əfsanəyə çevrildiyini bildirib. Ulu öndər Heydər Əliyevin öz biliyi, qətiyyəti, güclü iradəsi, liderlik bacarığı ilə dünya liderlərindən seçildiyini deyən prorektor, Ulu Öndər haqqında dünyanın tanınmış siyasətçilərinin söylədikləri dəyərli fikirləri səsləndirib.

 

YAP Səbail rayon təşkilatının “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hikmət Babayev ümummilli lider Heydər Əliyevin Azərbaycanın maraqlarını daim üstün tutmasından söz açaraq, görkəmli siyasi xadimin siyasi irsinin gələcək nəsillərə ötürülməli olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən professor Məhəbbət Paşayeva, professor Vəkil Həsənov Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixində gördüyü misilsiz xidmətlərindən, zəngin həyat və idarəçilik təcrübəsindən, böyük xilaskarlıq missiyasından bəhs ediblər.

 

Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevə həsr edilən videoçarxı izləyiblər.

 



12.12.2022 | 18:33