Ümummilli liderin xatirəsinə həsr olunmuş anım mərasimi

Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında  ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

 

Mərasim iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Elm və Təhsil Nazirliyinin rəhbərliyi, tanınmış ziyalılar və incəsənət xadimlərinin iştirak etdiyi  mərasimdə ümummilli liderin sevdiyi mahnılar ifa olunub.

 

 



12.12.2022 | 18:40