“Halliburton” şirkətinin regional vitse-prezidenti UFAZ tələbələri ilə görüşüb

Azərbaycan-Fransız Universitetində (UFAZ) Frankofon Karyera Mərkəzi və Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı ilə “Halliburton” şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Graeme Taylorla görüş keçirilib.

 

“Uğurlu karyera və liderlik” adlanan sessiyada Graeme Taylor tələbə və gənc mühəndislərə öz peşəkar həyat yolundan bəhs edib və “Halliburton” şirkəti barədə məlumat verib.

 

Tədbirin sonunda qonaq peşəkar gələcəklərini müəyyənləşdirmək üçün lazım olan biliklərlə bağlı tələbələrin suallarını cavablandırıb.

 

Qeyd edək ki, Frankofon Karyera Mərkəzi və Azərbaycan Mühəndislər Birliyi davamlı olaraq tələbələrin şəxsi və peşəkar inkişafı ilə bağlı görüş və seminarlar təşkil edir.

 

 



13.12.2022 | 14:02