İctimai təşəbbüslərlə bağlı qrant müsabiqəsinin nəticələri

Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin nəticələri açıqlanıb.

 

Müsabiqəyə ümumilikdə 77 layihə təqdim edilib. Layihələr müsabiqənin ekspert qrupu tərəfindən aşağıdakı 3 mərhələ üzrə qiymətləndirilib:

 

I mərhələ – müsabiqə iştirakçılarına verilən tələblərin qiymətləndirilməsi;

 

II mərhələ – layihə təkliflərinə verilən tələblərin qiymətləndirilməsi;

 

III mərhələ – layihə təkliflərinin məzmununun 100 ballıq şkala üzərindən 6 meyar əsasında qiymətləndirilməsi.

 

Nəticələrə əsasən ilk iki mərhələdən keçən və III mərhələdə ən yüksək bal toplayan 19 layihəyə qrant verilməsinə dair qərar qəbul edilib.

 

Qrant verilməsi nəzərdə tutulan layihələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

 

Nominasiya 1: Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi



Nominasiya 2: Məktəb nüfuzunun artırılması və məktəb icmasının inkişaf etdirilməsi



Nominasiya 3: Reytinqli Kütləvi Açıq Onlayn Kursların (MOOCs) Azərbaycan dilinə tərcüməsi, dublyajı, istifadəyə verilməsi və ya yerli mütəxəssislər tərəfindən açıq onlayn kursların hazırlanaraq həmin platformalarda yerləşdirilməsinin təmin olunması

 

 



13.12.2022 | 15:46