Türkiyənin Azərbaycandakı səfiri UNEC tələbələri ilə görüşüb

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türk Dünyası İqtisad Fakültəsinin dəvəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Səfir qlobal və regional reallıqlar kontekstində Türkiyə-Azərbaycan münasibətlərindən danışıb.

 

Tarixi zəfərlə nəticələnən Vətən müharibəsinin Cənubi Qafqazda yaratdığı yeni reallıqlardan söz açan C.Bağçı Azərbaycanın mühüm strateji mövqeyinin geosiyasi baxımdan bir çox dünya dövlətlərinin diqqət mərkəzində olduğunu, Türkiyənin də maraq dairəsinə daxil olan Cənubi Qafqaz bölgəsinin hazırda mühüm və strateji bir coğrafi əraziyə çevrildiyini bildirib.

 

Fakültə dekanı professor Mehmet Yüce isə Türk dünyasının elm, təhsil və iqtisadi sahədəki əlaqələrindən bəhs edib.

 

Sonda tələbələrin sualları cavablandırılıb.

 

 



14.12.2022 | 11:09