Beynəlxalq mütəxəssislərin uğurlu karyera mövzusunda seminarı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Schlumberger (SLB) qlobal texnologiya şirkətinin Xəzər regionu üzrə işə qəbul koordinatoru Daniel Serikbayev, Rusiya və Mərkəzi Asiya üzrə işə qəbul və universitetlərlə əlaqələr üzrə meneceri Alexander Nekrasovun tələbələrlə görüşü keçirilib.

 

Öncə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalov qonaqları təqdim edərək görüş haqqında iştirakçılara məlumat verib.

 

Tələbələr üçün seminarda Daniel Serikbayev və Alexander Nekrasov təqdimatla çıxış ediblər. Onlar tələbələrə CV hazırlamağın yolları, işə qəbul prosesi, uğurlu karyera üçün vacib amillər və gənclər üçün maraqlı olan digər bu kimi mövzular haqqında danışıblar.

 

Təcrübəli mütəxəssislər tələbələrin suallarını da cavablandırıblar.

 

Seminardan sonra qonaqlar universitetlə, burada tələbələrin yaxşı təhsil alması üçün yaradılan şəraitlə tanış olublar.

 

 



15.12.2022 | 14:24