“Sən də bir günlük tələbə ol”

Bakı Slavyan Universiteti (BSU) abituriyentlər üçün maraqlı bir layihəyə başlayır.

 

Universitetdən bildirilib ki, “Sən də bir günlük tələbə ol” adlı layihənin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etmək, mövcud ixtisaslar və təqaüd imkanları barədə ətraflı məlumat vermək, ixtisas seçimində şagirdlərə dəstək olmaqdır.

 

İştirakçılar, həmçinin, BSU-nun professor-müəllim heyəti ilə tanış olmaq, seçdikləri ixtisas üzrə tədris olunan dərslərdə iştirak etmək imkanı əldə edəcəklər.

 



15.12.2022 | 17:38