Əcnəbi tələbələr arasında inşa müsabiqəsi

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr arasında inşa müsabiqəsi təşkil olunub. Tədbirdə universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov diqqətə çatdırıb ki, xarici tələbələrin Azərbaycan dilini, mədəniyyətini, tarixini yaxşı mənimsəmələri üçün mütəmadi olaraq müsabiqələr, intellektual oyunlar keçirilir, müxtəlif tarixi abidələrə, muzeylərə ekskursiyalar təşkil olunur. Bildirilib ki, inşa müsabiqəsi də məhz əcnəbi tələbələrin Azərbaycan dilində yazı bacarığını daha da təkmilləşdirmək məqsədi daşıyır.

        

X.Camalov müsabiqədə iştirak edən tələbələrə uğurlar arzulayıb.

        

Universitetin xarici tələbələrlə iş üzrə dekanı Ceyran Quliyeva müsabiqə barədə iştirakçıları məlumatlandırıb. Diqqətə çatdırıb ki, 326 nəfər hazırlıq kursu tələbəsinin qatıldığı müsabiqədə qaliblər Azərbaycan dilinin qrammatikası, leksikası, inşanın məzmunu nəzərə alınmaqla müəyyənləşdiriləcək.

        

Sonra müsabiqəyə start verilib.

 



15.12.2022 | 18:09