ADPU ilə Daşkənd Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Firuza İkramxanova, dünya tarixi kafedrasının professoru və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov, mətbuat katibi Nigora Muratova Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət ediblər.

 

Nümayəndə heyəti ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanovla görüşüblər. Görüşdə, həmçinin rektorun köməkçisi Riyad Rüstəmli və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nurəngiz Mahmudova iştirak ediblər.

 

Görüş zamanı ortaq tarixi, dini və dili olan türk dövlətlərinin ali məktəbləri arasında münasibətlərin önəmliliyi vurğulanıb, elmi əlaqələrin qurulması, akademik və inzibati heyətin, tələbə və doktorantların qarşılıqlı mübadiləsi perspektivləri müzakirə olunub. Görüşdə universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 



16.12.2022 | 13:20