“Qardaşlaşmış məktəblər”in “Şuşa İli”nə həsr olunmuş onlayn görüşü

Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli məktəbin təşkilatçılığı ilə “Qardaşlaşmış məktəblər”in “Şuşa İli”nə həsr olunmuş onlayn görüşü keçirilib.

 

Tədbirdə Türkiyənin 5 bölgəsindən olan (Professor Dr. Aziz Sancar Bilim ve Sanat Merkezi -Ankara, Çiğdemli Ortaokulu-Zonguldak, Valide Sultan MTAL Mersin - Anamur, İstanbulloğlu Sosyal Bilimler Lisesi Karesi- Balıkesir, Mersin: Tevfik Sırrı Gür Anadolu Lisesi) məktəblər və Balakənin Qaravəli kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

 

Onlayn görüşdə Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbin təşkil etdiyi sərgi müəllim və şagirdlərə nümayiş olunub, habelə Vətən müharibəsinin gedişatı, əldə edilən tarixi qələbə və Şuşa döyüşləri barədə çıxışlar dinlənilib.

 

Tədbir müəllim və şagirdlərin şeir, mahnı ifaları ilə  başa  çatıb.

 

Mahal MƏMMƏDOV,

Qax-Zaqatala RTİ-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



17.12.2022 | 13:15