“Xəmsə möcüzəsi"

Qarabağ RTİ- nin Tərtər rayonu üzrə təhsil sektoru, Tərtər rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I Respublika onlayn incəsənət müsabiqə festivalının rayon mərhələsi keçirilib.

 

Tədbirdə Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarikişiyev, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə aparıcı məsləhətçisi Ceyhun Səfərov, münsiflər heyəti qismində Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qənbərova, metodiki kabinetin müdiri  Lamiyə Məmmədova və musiqi məktəbinin müəllimləri iştirak ediblər.

 

Tərtər rayon ümumtəhsil məktəblərinin şagirdləri və Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri müxtəlif nominasiyalar üzrə musiqi, bədii qiraət, dram, təsviri və dekorativ tətbiqi sənət üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

 

 

 



18.12.2022 | 11:17