“Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin seçim mərhələsi

17-18 dekabr tarixlərində paytaxt və bölgələr üzrə “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin seçim mərhələsi keçirilib. 
  

Onlayn və oflayn qaydada keçirilən seçim mərhələsinin nəticələrinə əsasən uğur əldə edən 300 şagird dekabrın 26-da Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. 
  

Qeyd edək ki, müsabiqədə iştirak üçün 19 000 şagird qeydiyyatdan keçib. 
  

Müsabiqə Elm və Təhsil Nazirliyinin “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə IV-IX sinif şagirdləri arasında keçirilir. 
  

Müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır. 

 



19.12.2022 | 15:02