Yuxarı sinif şagirdləri üçün əmək münasibətləri mövzusunda maarifləndirici görüşlər

"Məktəblinin dostu" layihəsinin təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakı şəhərində yerləşən 40 ümumi təhsil məktəbində 1600-ə yaxın şagirdi əhatə edən maarifləndirici görüşlər təşkil edilib.

 

Təlimlərdə ümumi təhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlər, əmək münasibətlərinin tərəfi olmaq hüququ qazanmış şəxslər iştirak ediblər. 

 

Onlara “Əmək münasibətləri niyə rəsmiləşdirilməlidir və üstünlükləri nələrdir?”, “Kimlər əmək münasibətinin tərəfi ola bilər? ”, “15-18 yaş arası işçilər gün ərzində neçə saat işləyə bilər? ”, “Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olduğu işlər”, “Əməyin mühafizəsi və təhlükəsizliyi qaydaları” və  digər mövzuların yer aldığı təqdimatlar vasitəsilə geniş və izahlı məlumatlar verilib.

 

 



19.12.2022 | 17:40