2022-ci təqvim ili rəqəmlərdə - Rəqəmsal bacarıqlar

2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi Bakı, Sumqayıt, Abşeron, Astara, Ağsu, Bərdə, Cəlilabad, Göyçay, Hacıqabul, Quba, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Saatlı, Oğuz, Qax, Qusar, Qəbələ, Saatlı, Salyan, Siyəzən, Tərtər, Masallı, Ucar, Xaçmaz, Yevlax, İmişli, İsmayıllı, Şəki, Ağcabədi, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Daşkəsən, Şamaxı, Gəncə, Naftalan, Qazax, Samux, Tovuz, Zaqatala, Şəmkir, Kürdəmir, Qobustan, Zərdab, Gədəbəy olmaqla, ümumilikdə, 48 şəhər və rayonda yerləşən 418 məktəb üzrə 300 min şagirdi əhatə edir. Bu göstərici ötən ilə nisbətən 168 ümumi təhsil müəssisəsi və 110000 şagird çoxdur.


2022-2023-cü tədris ilindən etibarən 23 məktəbdə 10-cu siniflərdə informatikayönümlü tədrisin aparılması məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 400-dən çox şagird təhsil alır. Ümumilikdə, “Rəqəmsal bacarıqlar” təmayül 10 və 11-ci siniflərdə 700-dən çox şagird təhsil alır.  

 

 



20.12.2022 | 14:23