AMEA AACCA-nın üzvlüyünə qəbul edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəylinin müraciəti əsasında AMEA Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının (AACCA) üzvlüyünə qəbul edilib.

 

Qurumdan göndərilən məktubda AMEA-nın AASSA-nın fəaliyyətinə fəal töhfə verəcəyinə əminlik ifadə olunub. Bildirilib ki, bu, Asiyada elmi əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.

 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi olaraq tərkibinə daxil olduğu bu ilk beynəlxalq qurumun baş ofisi Cənubi Koreyanın Seul şəhərində yerləşir. Asiya Elmlər Akademiyaları və Assosiasiyaları Cəmiyyəti 34 ölkənin Elmlər Akademiyalarını əhatə edir.

 

AMEA-nın prezidenti İ.Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının Avropa Akademiyaları Assosiasiyasının da üzvlüyünə daxil olması üçün müraciət edib.

 



26.12.2022 | 17:05