“Gələcəyin ən yaxşı müəllimi” müsabiqəsi davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Gələcəyin ən yaxşı müəllimi” müsabiqəsi davam edir. Universitetin Təhsil Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən müsabiqənin əsas məqsədi pedaqoji ixtisaslarda təhsil alan tələbələrin stimullaşdırılması, onların peşəkarlığının artırılmasına əlavə dəstək verməkdir. Müsabiqə çərçivəsində seçilən tələbələr müəyyən mövzu üzrə apardıqları tədqiqat və araşdırmalar əsasında ekspert müəllimlər qarşısında təqdimatlar həyata keçirib, həmin mövzuların tədrisi metodikalarını nümayiş etdiriblər.

 

İlk olaraq universitetin tarix və coğrafiya fakültəsində həyata keçirilən müsabiqə  hazırda digər fakültələrdə də davam etdirilir. Riyaziyyat fakültəsi üzrə “Dairə sektorunun və seqmentinin sahəsi” mövzusunda təqdimat edən Mələkxanım Babayeva, ibtidai təhsil fakültəsi üzrə “Presentation about listening skills” mövzusunda təqdimat edən Xəyalə Əliyeva, SABAH  qrupları üzrə isə Xədicə Mehdizadə Münsiflər heyətinin qərarı ilə qalib seçilərək diplomlarla təltif olunublar.

 

Layihə qarşıdakı aylarda ADPU-nun digər fakültələrində də davam edəcək.

 

 



27.12.2022 | 14:20