Yanvarın 5-dən BDU-da qış imtahan sessiyası başlayır

Bakı Dövlət Universitetində (BDU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 5-də başlayacaq.

 

Universitetdən bildirilib ki, imtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.

 

İmtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü il fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.

 

Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.

 

 



29.12.2022 | 10:28