Saatlıda müəllimlər arasında “Bilik yarışı”

Saatlı rayon təhsil sektorunun təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Bilik yarışı” keçirilib.

        

Maraqlı və gərgin keçən intellektual yarışda Saatlı rayonu Əlisoltanlı kənd M. Əliyev adına tam orta məktəbin komandası qalib olub.

        

Qalib komandanın üzvləri diplomla mükafatlandırılıb.

 

Şakir Cəfərov



29.12.2022 | 18:07