"Gənc torpaqşünaslar klubu" layihəsi başa çatıb

Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin və “Aqrar İnkişaf Könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə "Gənc torpaqşünaslar klubu" layihəsi uğurla başa çatıb.

 

Layihə çərçivəsində ekologiya və torpaqşünaslıq fakültəsindən seçilmiş 30 tələbə və magistranta 20 gün ərzində BDU və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzində torpaqşünaslıq və aqrokimya elmlərinin problemləri üzrə təlimlər keçirilib. Təlimlərə BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatı, Aqrar Tədqiqatlar Mərkəzi, Elm və Təhsil Nazirliyinin tabeliyində olan Torpaqşünaslıq və Aqrokimya İnstitutunun yüksək ixtisaslı mütəxəssisləri cəlb olunub. Layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Əkinçilik və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna ekskursiya təşkil edilib.

 

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.    

 

 



02.01.2023 | 18:06