Rektor imtahan prosesini izləyib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2022-2023-cü tədris ilinin qış imtahan sessiyasına start verilib. İmtahan prosesi yazılı və şifahi formada təşkil olunub.

 

ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetdə qış imtahan sessiyasının gedişini izləyib.

 

Rektor imtahan prosesinin gedişini tənzimləmək və yarana biləcək problemlərin operativ həll olunması üçün fəaliyyət göstərən İmtahan Qərargahı və Apelyasiya Komissiyasının işi, imtahan nəticələrinin yoxlanılması prosesi ilə də tanış olub.

 



06.01.2023 | 18:05