Alimlərdən göbələk əleyhinə yeni birləşmə

Bakı Dövlət Universitetinin (BDU) sənaye kimyası, mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyalarının əməkdaşları Ələkbər Hüseynzadə, Ülviyyə Həsənova və Aygün İsrayılovanın həmmüəllif olduqları “Metil 6-metil-4-(4-nitrofenil)-2-okso-1,2-dihidropirimidin-5-karboksilatın kristal quruluş, Hirşfeld səth analizi, in siliko və göbələk əleyhinə tədqiqatları”, (Crystal Structure, Hirshfeld Surface Analysis, In-Silico and Antimycotic Investigations of Methyl 6-methyl-4-(4-nitrophenyl)-2-oxo-1,2-dihydropyrimidine-5-carboxylate” məqaləsi “Crystals” jurnalında (İF=2.67, Q2) çap olunub.

 

Tədqiqat işində p-nitrobenzaldehid əsasında yeni dihidropirimidinlər sintez olunub və birləşmələrin quruluşları Nüvə Maqnit Rezonans (NMR), kütlə, SC-XRD, Hirşfeld səth və elemental analiz üsulları ilə tədqiq olunub. Tədqiqat zamanı molekulda qeyri-kovalent əlaqələrin mövcudluğu və onların kristal quruluşa təsiri müəyyən edilib. Bioloji aktivlik Candida albicans, Aspergillus flavus və Aspergillus niger göbələklərinə qarşı tədqiq olunub. Müəyyən edilib ki,  sintez edilən birləşmələr qeyd olunan göbələk növlərinə qarşı aktivdirlər. Sintez edilən dihidropirimidinin biri məlum antibiotik flukonazol ilə müqayisədə göbələklərə qarşı daha effektivdir. Eksperimental tədqiqatlarla yanaşı, nəzəri tədqiqatlar da aparılıb. Molekulyar dokking nəticələrinin təcrübələrlə uyğun olduğu aşkar edilib.

 

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:

 

https://www.mdpi.com/2073-4352/13/1/52

 

 

 



10.01.2023 | 13:28