Azərbaycan Texnologiya Universitetində “Açıq qapı” günü

Azərbaycan Texnologiya Universitetində (UTECA) “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə universitetdə təhsil alan tələbələrin valideynləri payız semestrinin qış imtahan sessiyası ilə yaxından tanış olublar.


Əvvəlcə UTECA-nın rektor əvəzi dosent Yaşar Ömərov valideynləri qəbul edərək onları imtahanların təşkili barədə məlumatlandırıb. Bildirib ki, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün zəruri tədbirlər görülüb. Bütün korpuslarda təklif və müraciətlər qutusu yerləşdirilib. Y.Ömərov imtahan prosesinin uğurla davam etdiyini bildirib. Məlumat verib ki, 3300-dən çox tələbənin təhsil aldığı Azərbaycan Texnologiya Universitetində qış imtahanlarına 30 dekabrdan start verilib. 1 fevral tarixinədək davam edəcək imtahanlar test və yazılı qaydada keçirilir. Gün ərzində 700 tələbə imtahanlarda iştirak edir. Nəticələr elə həmin gün elan olunur.
 

Qəbul zamanı valideynlərin fikir və təklifləri də dinlənilib.

 



11.01.2023 | 12:29