Ufa Elm və Texnologiya Universitetinin professorları Botanika İnstitutunda

Başqırdıstan Respublikası (Rusiya Federasıyası) Ufa Elm və Texnologiya Universitetinin professorları, Başqırd Dövlət Təbiət Qoruğunun baş elmi işçiləri- Maya Munirovna İşmuratova və İşbirdin Ayrat Removiç Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda olublar. Qonaqlar institutun Geobotanika, Mikologiya, Sistematika və biomüxtəliflik, Bitki ehtiyatları və Herbari şöbələrində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub və institutda çalışan alimlərlə elmi müzakirələr aparıblar.

 

Başqırdıstan alimləri Herbari fondunu və Botanika muzeyini də ziyarət ediblər.

 



16.01.2023 | 16:17