BDU və Qazax Milli Universiteti arasında ikili diplom proqramının ilk buraxılışı olub

Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında magistratura pilləsində “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramının ilk buraxılışı olub.

 

BDU-nun rektoru Elçin Babayev ikili diplom proqramının Qazaxıstandan olan məzunu Baiturbay Orynbassara diplomunu təqdim edib  və ona uğurlar arzulayıb. Bildirib ki, “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramının məzunları dəniz və enerji ölkələri olan Azərbaycan və Qazaxıstanda bu sahələrin inkişafına töhfə verməklə yanaşı, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da dərinləşməsində iştirak edəcəklər.

 

Qeyd edək ki, BDU və Qazax Milli Universiteti arasında magistratura pilləsində “Dəniz və enerji hüququ” ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramı 2020-ci ildə imzalanıb. Proqram çərçivəsində 8 nəfər təhsil alıb. Onlardan 6-sı azərbaycanlı, 2-si isə qazaxıstanlıdır.

 

 



16.01.2023 | 16:00