Rektor Yunus Əmrə İnstitutunun nümayəndələri ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru (BDU) Elçin Babayev Türkiyənin Yunus Əmrə İnstitutunun vitse-prezidenti Yalçın Kutalmış və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçla görüşüb.

 

Rektor Elçin Babayev görüşdə universitetin beynəlxalq əlaqələrindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri, o cümlədən Türkiyə universitetləri ilə ikitərəfli əməkdaşlığından danışıb. Rektor qardaş ölkələr arasında getdikcə daha da artan işbirliyinin bütün fəaliyyət sahələrində olduğu kimi, elm, təhsil istiqamətində də yüksək səviyyədə olduğunu qeyd edib.

 

Yunus Əmrə İnstitutunun vitse-prezidenti Yalçın Kutalmış iki ölkə arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

 

Görüşdə BDU və Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın və elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.

 

 



25.01.2023 | 16:04