AzTU professoru beynəlxalq elmi konfransda

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici Dil Texnologiyaları İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Əfqan Abdullayev Yaponiyada keçirilən "Elmi irəliləyişlər və innovativ yanaşmalar" (Scientific advances and innovative approaches) adlı II beynəlxalq elmi konfransda iştirak edib.

 

Professor konfransda "Koqnitiv dilçilik olduğu kimi" (Cognitive linguistics as it is) mövzusunda məruzə ilə çıxış edib.

 

Sonda  professor Əfqan Abdullayevin məruzəsi sertifikata layiq görülüb.

 

Nəzrin Seyidəliyeva 

 



26.01.2023 | 14:10