"Qadınlar STEM"də festivalı

Yanvarın 28-də qızların STEM təhsili, eləcə də gələcək fəaliyyətlərinə həsr olunmuş "Qadınlar STEM"də festivalının açılış mərasimi keçirilib.

 

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.

 

“QadınFest” və “Women in Tech” platformalarının təşkilatçılığı ilə baş tutan festivalda ictimai xadimlər və STEM mütəxəssisləri çıxış ediblər.

 

Festival çərçivəsində tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif ustad dərsləri təşkil olunub.

 

Festival təşkilatçıları STEM sahələri, eləcə də tələbə və gənc mütəxəssislərə iş tapmaq imkanları barədə məlumat veriblər.  

 

Qeyd edək ki, festival 2 gün davam edəcək.

 

 



29.01.2023 | 09:23