UFAZ tələbələri EUSPA-nın xüsusi mükafatını qazanıb

ActInSpace 2022 Azərbaycan hakatonunun qalibi və AIS Beynəlxalq müsabiqəsinin finalçısı olan Azərbaycan-Fransız Universitetinin (UFAZ) Nexus komandası Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin (EUSPA)  xüsusi mükafatını qazanıb.

 

UFAZ-dan bildirilib ki, mükafat komandaya fevralın 14-də Fransanın Kann şəhərində ActInSpace Beynəlxalq Finalı zamanı təqdim olunacaq. 

 

EUSPA mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən, enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsul və xidmətləri inkişaf etdirməyə çağırır.

 

Ömər Nuruzadə, Emin Xəlifəyev, Gülər İsmayılova, Sənan Çaharkamə və Araz Şəfiyevin üzərində işlədiyi layihə iqlim dəyişikliyinə təsirin azaldılması üçün təyyarələrin buraxdığı qazların 50% azaldılması istiqamətindədir.

 

 



30.01.2023 | 09:26