İctimai Şura üzvləri imtahanların gedişini izləyib

Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən İctimai Şuranın üzvləri 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının son həftəsində də tələbələr üçün yaradılan şəraitlə əyani tanış olublar.

 

İctimai Şuranın sədri Güloğlan Bağırov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, teatrşünas Tofiq Heydərov  universitetin II saylı tədris korpusunda imtahanların gedişi, İmtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi barədə məlumatlandırılıblar.

 

Şura üzvləri imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildirərək, universitet rəhbərliyinə minnətdarlıq ediblər.

 



30.01.2023 | 14:11