Aşqarlar Kimyası İnstitutunda magistrantların qış imtahan sessiyası başa çatıb

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda magistrantların qış imtahan sessiyası başa çatıb.

 

İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, 31 yanvar tarixində magistrantlar imtahan sessiyasının sonuncu imtahanını veriblər. “Dərinləşdirilmiş üzvi kimya” ixtisas fənni üzrə keçirilən imtahanda I kurs magistrantları 5 sualı yazılı cavablandırıblar.

 

Qeyd olunub ki, magistrantlar qış imtahan sessiyasını 3 ixtisas və 3 qeyri-ixtisas fənləri üzrə tam müvəffəqiyyətlə başa vurublar.

 

 



31.01.2023 | 15:42