Rektor Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzunu ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU “SABAH” qruplarının məzunu Şahin Xəlilovla görüşüb.

 

Görüşdə Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Rektor V.Vəliyev Ş.Xəlilovun fəaliyyəti ilə maraqlanıb, Gənclər üçün Prezident mükafatına layiq görülməsi münasibətilə onu təbrik edib.

 

Qeyd edək ki, Ş.Xəlilov 2017-ci ildə AzTU “SABAH” qruplarını “Kompüter mühəndisliyi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Daha sonra həmin ixtisas üzrə Çində magistr təhsili alıb. Təhsil aldığı müddətdə “Azercell” Təqaüd Proqramının və “Seeds for the Future” proqramının qalibi olub. Onun yaratdığı "Wake me up" komandası "Ağıllı eynək" startapı ilə bir sıra uğurlar qazanıb. 

 

 



08.02.2023 | 15:07