Elm və təhsil naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 24 fevral 2023-cü il tarixində Yevlax şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda  Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayon sakinləri iştirak edə bilərlər.

 

Adları çəkilən şəhər və rayonların sakinləri 17 fevral 2023-cü il (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “Whatsapp” vasitəsilə müraciət göndərmək mümkündür.

 

Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edə biləcəklər.

 

 



08.02.2023 | 12:19