UTECA ECAR layihəsi çərçivəsində Polşada keçirilən tədbirlərdə təmsil olunub

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşan “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektoru və digər səlahiyyətli nümayəndələrinin Polşaya növbəti işgüzar səfəri baş tutub. Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub.

 

Keçirilən tədbirlərdə strateji planlamada insan resurslarının idarə edilməsi, maliyyənin idarə edilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələri nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü də olub. Görüşdə səfir universitetləri Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini söyləyib.

 

Təlimdə Azərbaycan Texnologiya Universitetini (UTECA) Keyfiyyətin təminatı və audit şöbəsinin müdiri Mətləb Əliyev təmsil edib.

 

 



09.02.2023 | 13:27