Olimpiadaya qatılan şagirdlər üçün sınaq təşkil olunub

Şabran rayonunda məktəblilərin olimpiadaya hazırlığına kömək məqsədilə Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsinə vəsiqə qazanan şagirdlər üçün sınaq təşkil olunub.

        

Sınaqda şagirdlərə əvvəlki illərdə Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində istifadə edilmiş suallara əsasən fənn müəllimləri tərəfindən hazırlanan sual kitabçaları təqdim olunub. Şagirdlər 3 saat ərzində verilən sualları cavablandıraraq biliklərini sınayıblar.

 

Şakir CƏFƏROV  


 



10.02.2023 | 13:39