Bakı Dövlət Universitetinin tədris korpusunda əsaslı təmir başlayıb

Bakı Dövlət Universitetinin (BDU) infrastrukturun yenilənməsi istiqamətində aparılan işlər çərçivəsində 2 saylı korpusunun əsaslı təmirinə başlanılıb. Təmirlə əlaqədar 2022-2023-cü tədris ilinin yaz semestrində həmin korpusda yerləşən jurnalistika, informasiya və sənəd menecmenti, şərqşünaslıq, sosial elmlər və psixologiya fakültələrinin tələbələri dərslərinə BDU-nun əsas binası, BDU nəzdində “Gənc istedadlar” liseyi və keçmiş Təfəkkür Universitetinin binasında davam edəcəklər.

 

Bu barədə ali məktəbdən bildirilib.  

 



15.02.2023 | 10:00