“Türkiyə tək ürək” ortaq yayımında toplanan vəsait 115 milyard lirəni keçib

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara yardım üçün ölkənin səkkiz televiziya kanalının təşkil etdiyi ortaq canlı yayım başa çatıb. “Türkiyə tək ürək” adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunub.

 

“TRT Haber” xəbər verir ki, kampaniya çərçivəsində 115 milyard 146 milyon 528 min lirə toplanıb. Canlı yayım müddətində 9 milyon 10 min SMS göndərilib.

 

Ölkənin incəsənət, biznes və idman aləminin məşhur simaları zərərçəkənlərə dəstək olublar.

 

Yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək.

 

Azərtac

 



16.02.2023 | 10:00