Bakı Mühəndislik Universitetində yaz semestri başlayıb

Bakı Mühəndislik Universitetində 2022/2023-cü tədris ilinin yaz semestri başlayıb. Universitetin akademik təqviminə uyğun olaraq, bakalavriat və magistratura səviyyələrində dərslərin cari ilin 31 may tarixinə qədər davam etdirilməsi nəzərdə tutulur. Yaz semestrinin imtahan sessiyası isə 01 iyun-05 iyul tarixlərində keçiriləcək.

 

2-ci semestrlə bağlı hazırlanmış dərs cədvəlləri öncədən tələbələrin şəxsi kabinetlərinə, eyni zamanda kafedraların elan lövhələrinə yerləşdirilib.

 

 



16.02.2023 | 15:14