Məktəblilər arasında intellektual oyun

Paytaxt məktəbliləri arasında  "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib.

 

Bilik yarışının əsas məqsədi şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü və ayrı-ayrı mövzularda biliklərini artırmaq, məktəblilərin yaradıcı inkişafına təkan vermək və onlara özünüifadə vərdişlərini aşılamaqdan ibarətdir.

 

Səbail rayonu üzrə IX-XI sinif şagirdləri arasında Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda komandalar, hər biri 12 sualdan ibarət olmaqla, 3 mərhələdə yarışıblar.

 

İntellektual oyunun nəticələri münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Nəticələrə əsasən, 7 nömrəli tam orta məktəb I, 189-190 nömrəli tam orta məktəb II, 160 nömrəli Klassik gimnaziya isə III yerə layiq görülüb.

 

Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Qeyd edək ki, "Nə? Harada? Nə zaman?" intellektual oyunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, reallaşdırılan tədbirlər çərçivəsində həyata  keçirilib.

 



27.09.2018 | 10:10