UNEC tələbəsi imtahanda birinci oldu

Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 19-da keçirdiyi qəbul imtahanında bir nəfər maksimal nəticə göstərib.

 

DİM-dən bildirilib ki, 100 bal toplamaqla uğura imza atan həmin bakalavr Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Nihad Zeynallıdır.  N.Zeynallı 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanında da yüksək bal toplayıb. O, 648.7 balla UNEC-in  (Beynəlxalq İqtisadiyyat Məktəbi -ISE ) Mühasibat uçotu və audit ixtisasına qəbul olunub.  

 

 

 



22.02.2023 | 11:04