Rektor semestr ərzində yüksək nəticə göstərən tələbələrlə görüşüb

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla semestr ərzində ən yüksək nəticə göstərmiş tələbələrlə görüşüb. Rektor tələbələrlə birlikdə nahar edib, onların fəaliyyəti, dərsləri, universitet həyatı ilə yaxından tanış olub, elmi-ədəbi mövzularda müzakirələr aparıb.

 

K.Abdulla  tələbələri Azərbaycanın ictimai həyatında fəal iştirak etməyə, dövlətçiliyə sadiq ruhda yaşamağa, müasir dünya elminə inteqrasiya olmağa və öz üzərlərinə düşən vəzifələri yüksək bacarıqla yerinə yetirməyə çağırıb. Bildirib ki, elmə, təhsilə olan diqqət və qayğı bu gün gənclərin istedadının, qabiliyyətinin ortaya çıxması üçün olduqca əlverişli imkanlar yaradır və bu imkanlar hər kəs üçün əlçatan, həm də  bərabərdir.

 

Rektor onu da deyib ki, hər bir tələbə, ilk növbədə doğma dilini, doğma Vətənini, doğma xalqını sevməli, müdafiə etməli və bununla da əcdadlarının miras qoyduğu  torpağa sədaqətini nümayiş etdirməlidir.

 

Sonda K.Abdulla yeni kitabını tələbələr üçün imzalayıb və onlarla birgə xatirə fotosu çəkdirib.

 



23.02.2023 | 15:12