Şəhidin xatirəsi anılıb

Vətən müharibəsi Qəhrəmanı, şəhid Qasımov Faiq Qaçay oğlunun doğum günü münasibətilə “anım tədbiri” keçirilib.

 

Şərqi Zəngəzur RTİ-dən  aldığımız məlumata görə, tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, şəhidin adını daşıyan Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər.

 

Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidin keçdiyi həyat yolu haqqında məlumat verilib, döyüş yolunu əks etdirən videoçarx, məktəblilərin hazırladığı kompozisiya nümayişi olunub.

 

Şakir CƏFƏROV

 



24.02.2023 | 16:43