“Sükutun son səsi”

Sumqayıt Dövlət Universitetində (SDU) Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.  

 

SDU-nun rektoru, professor Elxan Hüseynov və universitetin professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbirdə ali təhsil müəssisəsi tələbələrinin iştirakı ilə hazırlanan, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı özündə əks etdirən “Sükutun son səsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

        

Kompozisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində qəddarlıqla öldürülən azərbaycanlıların faciəsindən bəhs olunub.

        

Tədbirdə tələbələrin ifasında Vətən müharibəsində qazandığımız Şanlı Zəfərə həsr edilən şeirlər və mahnılar da səsləndirilib.     

 



25.02.2023 | 12:29