Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib.

 

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir:

 

“Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

 



26.02.2023 | 09:07