AzTU tələbələri istehsalat təcrübəsində

Azərbaycan Texniki Universitetinin (AzTU) nəqliyyat və logistika fakültəsinin tələbələri “Xaliq Faiqoğlu” şirkətində istehsalat təcrübəsinə başlayıb.

 

Universitetdən bildirilib ki, may ayına kimi davam edəcək təcrübə proqramı çərçivəsində nəqliyyat hərəkətliliyinin öyrənilməsi, nəqliyyat müəssisələrinin məhsuldarlığı, logistik zəncirin idarə olunması üsulları, sərnişin axınının analizi, marşrutlar üzrə hərəkət tərkibinin seçilməsi və digər mövzularda buraxılış işlərinin hazırlaması nəzərdə tutulub.

 

Qeyd edək ki,  AzTU 2018-ci ildən “Xaliq Faiqoğlu” şirkəti ilə əməkdaşlıq edir.

 

 

 



27.02.2023 | 17:32