“Bilişim Vadisi” AzTU-da bir sıra layihələrin həyata keçirilməsinə dəstək göstərəcək

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Bilişim Vadisi” arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

 

Universitetdən bildirilib ki, sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və “Bilişim Vadisi”nin baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar.

 

Protokola əsasən, “Bilişim Vadisi” AzTU-da beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstərəcək.

 

 



28.02.2023 | 16:06