Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutu ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunun rektoru Eldar Şermanovla görüşüb. 

 

Kamal Abdulla Azərbaycanda Özbəkistan mədəniyyətinə, onun tarixinə, ədəbiyyatına olan maraqdan danışıb. Qeyd olunub ki, ADU-da özbək dili və ədəbiyyatı ilə bağlı bir neçə dəfə yüksək səviyyəli tədbirlər və elmi seminarlar təşkil olunub. 

 

Görüşdə iki ali təhsil ocağının gələcək əməkdaşlığının mümkün perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

 

Eldar Şermanov Kamal Abdullanın əməkdaşlıqla bağlı təkliflərini yüksək dəyərləndirib.

 

Görüşdə Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan dili və mədəniyyəti mərkəzinin, Azərbaycan Dillər Universitetində isə Özbək dili və mədəniyyəti mərkəzinin açılması barədə razılıq əldə olunub. 

 

 



01.03.2023 | 17:22