Qadın müəlliflərin sərgisi

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kitabxanasında ali məktəbin qadın əməkdaşlarının müəllifi olduğu kitabların sərgisi keçirilib. 

 

Sərgidə AzMİU strukturlarının qadın rəhbərləri, universitetin, o cümlədən kitabxananın əməkdaşları iştirak ediblər. 

 

AzMİU-nun elektron kitabxanasının rəhbəri Aytən Rəhmanova tədbir iştirakçılarını təbrik edib,  AzMİU-da qadın əməkdaşlara hər zaman yüksək diqqət, qayğı göstərildiyini bildirib.  

 

Tədbirdə universitetin memarlıq fakültəsinin tələbələri tərəfindən hazırlanan,  AzMİU-nun rəhbər vəzifələrdə çalışan xanım əməkdaşlarından bəhs edən video-çarx izlənilib.  

 

Sonda sərgiyə baxış olub.  

 



02.03.2023 | 13:41