ADNSU tələbələri Neft-Kimya Prosesləri İnstitutunda təcrübəyə başlayıb

Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya mühəndisliyi ixtisası üzrə IV kurs tələbələri elmi-tədqiqat təcrübəsinə başlayıblar.

 

İlk öncə institutun baş direktoru akademik Vaqif Abbasovun tələbələrlə görüşü olub. Akademik tələbələrə institutda aparılan elmi tədqiqat işləri ilə əlaqədar məlumat verib və onların suallarını cavablandırıb.

 

Sonra tələbələr elmi-tədqiqat təcrübəsi keçəcəkləri Neft və neft emalı məhsullarının analizi, Korroziya inhibitorları və konservasiya materialları, Maye fazada oksidləşmə və Sintetik yağlar laboratoriyaları ilə tanış olublar.

 

Təcrübə aprelin 28-dək davam edəcək.

 

 



04.03.2023 | 13:00