Qar ekoloji cəhətdən təmiz enerji mənbəyinə çevriləcək

Günəş və külək bərpa olunan təmiz enerji mənbəyi kimi ən çox istifadə edilən iki təbii hadisədir. Lakin yapon tədqiqatçıları bu siyahıya qarı da əlavə etməyi planlaşdırırlar.

 

Xarici saytlar xəbər verir ki, küçələrdə yığılan qar okeana atılmaq əvəzinə, şəhərin boş qalan məktəblərindən birinin hovuzuna çatdırılacaq. Bu hovuza günəş işığı ilə qızdırılan istilik borularının şəbəkəsi çəkiləcək. Borularda istilik qradiyenti əmələ gələcək ki, bu da elektrik enerjisi yaradan kiçik turbinləri fırladacaq.

 

İlkin hesablamalara görə, elektrik enerjisi istehsalının belə bir prosesinin səmərəliliyi günəş panellərinin səmərəliliyi ilə müqayisə edilə bilər. Bununla belə, bu yolla əldə edilən enerjini ekoloji cəhətdən daha təmiz hesab etmək olar, çünki yeni üsulda günəş panelləri və külək generatorlarının struktur elementləri kimi sonrakı utilizasiyaya məruz qalan qurğulardan istifadə edilmir.

 

Enerji əldə etməyin bu üsulu sənaye müəssisələrində də tətbiq oluna bilər.

 

Azərtac

 

 



06.03.2023 | 10:48